“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


19.09.2018  14:21 

Saçyoldu olayı baş verən məktəbin direktoru işdən AYRILDI





A+  A-

Dünən sosial şəbəkələrdə Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş verdiyi iddia olunan hadisənin videogörüntüsü yayılıb. Videogörüntüdə məktəbdə bir qrup qadın arasında baş vermiş dava-dalaşın az qala saçyolduya çatdığı müşahidə edilir.
İddia olunur ki, həmin qadınlar arasında direktoru Leyla İsmayılova da olub və o, müəllimlərlə mübahisə edib.

XəzərNews.az bildirir ki, Modern.az saytı bu gün qalmaqalın baş verdiyi məktəbin direktoru ilə əlaqə saxlamağa çalışıb.

Məktəbdən saytımıza bildirilib ki, direktor Leyla İsmayılova bu gündən məktəbə gəlmir:

“Məktəbin direktoru dünənki hadisədən sonra ərizəsini yazıb və məktəbdən çıxıb. Hazırda onun yerinə heç bir təyinat yoxdur”.

Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında baş verən və valideynlərin də qoşulduğu mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
iddia edilir ki, məktəbin təxminən 10-a yaxın müəllimi Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə keçid balını toplaya bilməyib. Buna görə də direktor Leyla İsmayılova onların dərs saatını azaldıb.

Dava ilə bağlı görüntülər yayılandan sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri məktəbə gəliblər, direktor və narazı müəllimlərdən izahat alınıb.

Təhsil Nazirliyi hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Xəbər 1661 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +