İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.02.2018  12:04 

Saakaşvili Polşaya Poroşenkonun şəxsi təyyarəsi ilə aparılıb - Fakt





A+  A-

Odessa şəhərinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Kiyevdən Polşaya aparan təyyarənin Ukrayna prezidenti Petro Poroşenkonun Panamada qeydiyyatdan keçən şirkətlərindən birinə məxsus olduğu ortaya çıxıb.
XəzərNews.az xəbər verir ki, Saakaşvili tərəfdarları bu barədə sosial şəbəkələrdə faktlar və sənədlər ortaya qoyublar. Çarter reysini həyata keçirən təyyarə - Beechcraft Premier I , bort nömrəsi - UR-USA. Təyyarənin məxsus olduğu Panamadakı ofşor şirkət Sky Center Holding Corp. adlanır və Ukrayna prezidenti Poroşenkoya məxsusdur. Poroşenkonun şirkətinə məxsus kiçik həcmli sərnişin təyyarəsi Saakaşvilini Kiyevdən Polşaya aparmaq üçün xüsusi reys alıb.
Xatırladaq ki, “Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığı görünür. Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.
M.Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edib, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.
Ekspertlər hesab edir ki, Ukrayna hakimiyyətinin müxalifət liderinə qarşı belə amansız davranması beynəlxalq təşkilatlar tərəfindən cavabsız qalmayacaq. Saakaşvili tərəfdarları artıq beynəlxalq təşkilatlara müraciət etməyə başlayıblar.


Xəbər 1154 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +