İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.07.2017  10:36 

Cocuq Mərcanlıya köçən ailələrin sayı 25-ə çatdı





A+  A-

Bu gün daha iki ailə Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürüləcək.
Bu barədə Cəbrayılın Cocuq Mərcanlı kəndi inzibati ərazisi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.
Kənd rəsmisiq eyd edib ki, bu günə qədər Bakı və ətraf rayonlardan 19 ailə Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçürülüb:

“Əlavə olaraq dörd ailə Fizuli rayonun Mirzənağılı kəndindən köçürülüb. Ümumilikdə hazırda kənddə 23 ailə yaşayır. Bu gün köçəcək ailələr üçün maşın ayrılıb, vətəndaşlar köçməyə hazırlaşırlar. Onlarla birlikdə kənd sakinlərinin sayı 25-ə yüksəlir”.
Artıq kəndin sakini olan Esmira Orucova Modern.az-a açıqlama verib. Vətəndə səhəri açmağın ayrı bir duyğu olduğunu deyən xanım hər şeyin qaydasına düşdüyünü bildirib:
“Hər gün kəndin yanan işıqlarının sayı daha da artır. Bu bizi sevindirir. Hələlik əşyalarımızın yerləşdiririk. İnşallah hər şeyin daha da yaxşı olacağına inanırıq”.

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturuntikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonununCocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

İkinci mərhələdə daha 100 evin tikintisi həyata keçiriləcək.

(modern.az)

Xəbər 1017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +