İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.04.2017  12:18 

SHXÇDX-nin Bərdə rayon şöbəsində hərbi bilet “biznesi”





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə şöbəsindən şikayətlərin ardı arası kəsilmir. Azərbaycanın bəzi rayonlarında da mövcud olan bu hal müharibə şəraitində olan bir ölkənin sağalmayan yarasına çevrilib. Yerli komissarların fəaliyyəti korrupsiyaya bulaşma faktları cəmiyyətdə ikrahla qarşılanır. Lakin nədənsə bu faktlarla bağlı olaraq qurumun birinci şəxsi Arzu Rəhimov heç bir tədbir görmür.
XəzərNews.az-ın xəbərinə görə, azerinews.tv-yə daxil olan məlumatda bildirilir ki, SHXÇDX-nin Bərdə rayon şöbəsində qanunsuzluqlar baş alıb gedir. Şöbəsinin rəisi təyin olunandan sonra qanunsuzluqlar daha da geniş vüsət alıb. Həqiqi hərbi xidmətə yararlı olan gəncləri öz maddi maraqları naminə ordudan yayındırlar . İmkanı olan şəxslərin uşaqları təkrar tibbi müayinədən keçmək üçün bildirişə 300 manat alaraq MRX-na, imkansızlar isə Bakı səhərində yerləşən hərbi hospitallara göndərilir. Buda rayon hərbi komisarlığında şıdırığı rüşvət yığımına əyani sübutdur.

Azerinews.tv-yə daxil olan bir digər məlumatda isə vurğulanır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə şöbəsinin rəisinin bir başqa qazanc yeri hərbi bilet “biznesidir”. Beləki, uşaqlarını hərbi xidmətdən yayındırmaq istəyən valideynlərlə danışıqlara gedən hərbi komissar bunun müqabilində 5 min manat vermələrini istəyir. Düzdür, bu alış-veriş məsələsində hərbi komissar bilavasitə iştirak etməsədə, deyilənlərə görə yanında çalışdırdığı “maklerlər” bu işi həyata keçirirlər. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq

Xəbər 3011 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +