Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


27.03.2017  10:08 

AMEA Yüksək Texnologiyalar Parkı elmin kommersiyalaşdırılması məkanıdır





A+  A-

AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatınaöz töhfələrini verəcək.
Elm və texnologiyaların inkişafı istənilən ölkəvə ya cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə öncül mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqət yetirilməsi vacib məsələdir. Prioritet elmi istiqamətlərdə tədqiqatların aparılması üçün AMEA-nın uzun illik zəngin təcrübəsi, alim və mütəxəssisləri, mühüm elmi nailiyyətləri vardır. Akademiyada innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətinin qurulması istiqamətində dünya təcrübəsi öyrənilmiş, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılmaqda davam edir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün çox önəmli bir strateji missiya kimi qəbul edilir. Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədini daşıyır. Bunun üçün AMEA Təcrübə-Sənaye Zavodunun ərazisindəki mövcud imkanlar, elmi-tədqiqat institutlarının çoxsaylı alim və mütəxəssisləri, 350-yə yaxın müasir laboratoriya və sınaq qurğuları, proseslərin idarə olunması üçün peşəkar innovasiya heyəti fəaliyyətə cəlb ediləcək. Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin ediləcək. İnnovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi təşkil ediləcək.

Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlər qurulacaq. Bundan sonra, AMEA özünün dövlət büdcəsindəki xərc yükünü azalda, ölkədən valyuta axınının qarşısının alınmasında idxal əvəzləyici məhsulların, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payını artırmaqla iqtisadiyyatın diversifikasiya edilməsində öz rolunu artıra biləcəkdir. Beləliklə, Park ən qısa zaman ərzində elm və yüksək texnologiyalar mərkəzinə çevriləcək.

AMEA Yüksək Texnologiyalar Parkı milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək və digər strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malikdir. Belə ki, qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində Park startaplara və özəl şirkətlərə əlverişli mühit yaradır. Rəqabətədavamlı bazar subyektlərinin yaradılması və idxal əvəzləyici sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlüklərinin qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə üçün AMEA Yüksək Texnologiyalar Parkında bütün lazımi infrastruktur şəraiti yaradılmaqdadır.

AMEA-nın dəqiq elmlər üzrə 4bölməsinin 22 elmi-tədqiqat insitutu və350 müasir laboratoriyası olan AMEA-da elm və sənaye əlaqəsinin qurulması və elmin kommersiyalaşdırılması üçün Rəyasət Heyəti aparatında İnnovasiya şöbəsi, Təcrübə-Sənaye Zavodu və Elm və Texnologiya Parkı yaradılmışdır. İnnovasiya siyasəti və strategiyasının hazırlanması üzrə fəaliyyət göstərən İnnovasiya şöbəsi yalnız AMEA-da deyil, ümumilikdə ölkədə işlənib hazırlanan və kommersiyalaşdırıla biləcək layihələrin tətbiqi üzrə işlər həyata keçirir. Müasir infrastrukturu və geniş ərazi imkanları olan Təcrübə-Sənaye Zavodunda isə sənayeyə qədərki eksperiment və sınaq işlərinin həyata keçirilməsi, eləcə də kiçikmiqyaslı istehsal üçün əlverişli şərait yaradılmışdır. Hazırda zavodda 50 çeşiddə rəqabətqabiliyyətli məhsullar istehsal edilir. AMEA İşlər İdarəsinin nəzdində 2016-cı ildə yaradılmış Elm və Texnologiya Parkı isə elm-sənaye əlaqələrinin qurulmasının ən mühüm həlqəsi kimi kommersiyalaşdırma və texnologiyaların transferi funksiyasını icra etməkdədir.

AMEA Yüksək Texnologiyalar Parkı çox mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaradır. Sərəncamda nəzərdə tutulduğu kimi Park elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması funksiyalarını həyata keçirəcək. Parkın milli iqtisadiyyatda rolu günün tələblərinə cavab verdiyindən burada həm sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələri icra edilə bilər, həm də ideya müəlliflərinin öz təklifləri əsasında innovasiya yönümlü layihələr hazırlanaraq istehsalata transfer edilə bilər. Müasir infrastruktura malik Parkda icra ediləcək layihələr rəqabətqabiliyyətliliyi, ixrac potensiallı və idxal əvəzləyici funksiyaları ilə seçiləcək. Əminliklə demək olar ki, AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşdıracaqdır.

Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Xəbər 3351 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +