İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.02.2017  12:54 

“Xəstəxanalarda müayinə pulsuzdur“ deyən deputatın öz qəbulu 50 manatdır... - R.Məmmədhəsənovun yalanı belə FAŞ OLDU





A+  A-

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rafiq Məmmədhəsənov dövlət xəstəxanalarında xidmətin pulsuz olduğunu deyib. Deputatın sözlərinə görə, özəl xəstəxanalarda hər müayinənin, müalicənin öz qiyməti var: “Necə müqayisə etmək olar? Xəstəxanaların əksəriyyəti dövlətin deyil, axı. Özəl xəstəxanalarda həkimlər nə maaş alır, neynir, - mən bilmirəm. Amma dövlət xəstəxanalarında müayinə pulsuzdur”.
Araşdırma zamanı məlum olub ki, R.Məmmədhəsənov Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Terapevtik Klinikasında işləyir.

Millət vəkili endokrinologiya şöbəsində çalışır. Keçmiş həmkarı Nazim Bəydəmirli Feysbukda yazıb ki, deputat müayinənin pulsuz olduğunu desə də, dövlət klinikasında özünün qəbulu 50 manatdır.

Tədris Terapevtik Klinikasında bazar tariflərinin olması kimsəyə sir deyil. Sadəcə, professor millət vəkili mətbuatda xalqa ağ yalan danışır.

Öz qəbulu 50 manat olan həkimin xidmətin pulsuz olduğunu deməsi ikrah hissi doğurmaya bilmir.Dövlət başçının Ehtiyat Fondundan ayrılan vəsaitlə tikilən müasir klinikada direktorun öz qaydaları tətbiq olunur.

R.Məmmədhəsənov isə klinikada ödənişli əsaslarla müayinə etdiyi halda pulsuz xidmətdən danışır.Necə ki, “Semaşko”nun baş həkimi hamının gülüşlə qarşıladığı çıxış etmişdi.

Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşıb hansı həkimin yanına getdiyini söyləmək lazımdır.

Bu zaman qəbulda çalışan klinika əməkdaşları həmin həkimin müayinəsinin qiymətini açıqlayır. Hər həkimin də öz qiyməti var.

Klinikada nə şikayət etməyin, nə də Səhiyyə nazirliyinin “qaynar xətt”inə zəng etməyin mənası var. Elə həkim var ki, 30 manat, eləsi 35 manat, kimisi də 50 manatdır.

Araşdırmamız zamanı məlum olub ki, klinika tələb olunan məbləği almadan həkimlə görüşə buraxmır.

Hər iki tərəfdən girişdə mühafizəçilər yerləşdirilib və xəstələri qəbz təqdim etmədən yuxarı mərtəbələrə buraxmır. Mühafizəçinin biri direktorun kabineti ilə üzbəüzdə yerləşən liftin ağzında çəpər kimi saxlanıb, digəri isə əks istiqamətdə.(politika.az)Sözügedən klinikadakı gestapo qanunları nəticəsində heç bir vətəndaş pulsuz müayinə oluna bilmir. Tibb mərkəzinə müraciət edənlər arasında təaqüdçülər, yaşlı xəstələr, imkansız ailələr olur. Amma klinika rəhbərliyi heç kimə güzəşt etmədən öz tariflərini dəyişməz saxlayıb.

Ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qiymətlər “əl yandırır”.

Mətbuatda gedən son xəbərlərə görə, klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün əvvəllər 20 manat, ödəniş müəyyənləşdirilmişdisə, hazırda bu məbləğ 60 manata çatıb. Bu pulun ödənilməsi isə kütləvi narazılığa səbəb olur.

Hətta qeyd olunur ki, 60 manatı ödəyən xəstə 3 gün sonra səhətində yaranmış narahatlıqla bağlı həkiminin qəbuluna düşmək istəsə, təkrar bu məbləğ tələb olunur. Bu isə xəstələri qıcıqlandırır, xəstəsini gətirən sağlam insan da orada xəstələnir.

(rublika.az)


Xəbər 3443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +