Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


04.04.2024  12:30 

“Azərbaycanın güclənməsində diasporlarımızın əməyi var”- Ekspertdən iddialı açıqlama





A+  A-

“Bu gün sanki Azərbaycana qarşı bir “Avropa cəbhəsi” formalaşıb və bu həmişə də belə olub”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.tv-yə açıqlamasında diaspor məsələləri üzrə ekspert İlqar İlkin deyib. Onun sözlərinə görə, Avropa dövlətlərinin bir çoxu bu gün də Azərbayacana qarşıdır.

“1988-1990-cı illərdən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzündə də Fransanın mövqeyi bəlli idi. ATƏT-in Minsk qrupunda olan hər 3 ölkə Azərbaycana qarşı idi. Bu gün də Avropa dövlətlərinin bir çoxu Azərbayacana qarşı olmaqda davam edir. Keçmişdə bu vəziyyətlə daha çox rastlaşırdıq”, - deyə ekspert qeyd edib.

Müsahibimiz əlavə edib ki, indi Azərbaycanın uğurlu neft startegiyası, iqtisadi inkişafı, əsas güc mənbəyinə çevrilməsi elə bir şərait yaradıb ki, dostlarımızın sayı çoxalıb:

“Təbii ki, burda bizim diasporamızın da, Türk xalqlarının əməkdaşlığının da böyük faydası oldu. Azərbaycanı əvvəllər yaxşı tanımırdılar. İndi Avropa Azərbaycanı həm yaxşı tərəfdaş kimi tanıyır, həm də xalqımızın mədəniyyəti ilə tanış oldular. Bu prosesdə diasporamızın sistemli şəkildə apardığı mücadilə də var. Onlar həm mədəniyyətimizi təqdim edə bildilər, həm də problemlərimizi işıqlandırmağı bacardılar. Hətta Xocalı soyqırımını tanıtmaqla bağlı diasporlarımız da çox mübarizə aparıblar”.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin 2015-ci ildə hücum diplomatiyasına keçməliyik mesajından sonra diasporamız çox aktivləşdi:

“Demək olar ki, Türk diasporaları ilə birləşərək bütün Avropada Ermənistanın iç üzünü açaraq bir siyasət yürütdülər”.

Xəyalə Zöhrab
Diaspora.tv



Xəbər 883 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +