Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


27.02.2017  17:16 

Bakının bataqlıq yollarının asfaltlanmamasının SƏBƏBİ





A+  A-

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yollar bərbad gündədir.
XəzərNews.az bildirir ki, bu barədə BakiPost.az-a qəsəbənin 9-cu döngəsində yaşayan sakinlər məlumat veriblər. Şikayətçilər payız və qış aylarında qəsəbə yollarının bataqlığa çevrilməsindən əziyyət çəkdiklərini dilə gətiriblər.

Qeyd ediblər ki, yaşadıqları ərazidə küçənin asfatlanması üçün lazımi qurumlara dəfələrlə şikayət məktubu yazıblar, lakin onlara hər dəfə eyni cavab verilib: "Hər zaman ünvanladığımız məktuba Suraxanı rayon İcra Hakimiyyətində baxılır. İcra hakimiyyətindən yazıb bildirirlər ki, qaldırılan məsələ ilə bağlı prezident İlham Əliyevin 17 yanvar 2014-cu il tarixli 232 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-ci illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş və işlər Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən plana uyğun şəkildə həyata keçiriləcək. Lakin nə bir yol çəkən var, nə də baxan. İşə gedənimiz var, məktəbə gedən uşaqlarımız var, hamımız bu özbaşınalıqdan bezmişik. Deyirlər, çəkiləcək. Nə vaxt çəkiləcək? 2017-ci ildə yaşayırıq, amma gedib gəldiyimiz yollara baxsanız elə bilərsiniz ki, 17-ci əsrdəyik. Şikayətlərimizə də eyni cavabların verilməsindən bezmişik”.

Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov məsələ ilə bağlı açıqlamasında bildirib ki, məhəllədaxili yolların asfaltlanması işləri maliyyə çatışmazlığı səbəbindən dayandırılıb: "Məhəllədaxili yolların asfaltlanması prezidentin qəbul etdiyi dövlət proqramında nəzərdə tutulmuşdu. Hələlik maliyyə vəsaiti olmadığına görə bu işlər dayandırılıb. Mərkəzi yollarla bağlı vəsait "Azəravtoyol” ASC-yə, məhəllədaxili yollar üçün isə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır. Orada da Mənzil Kommunal Təsərrüfatı Departamenti o işləri görür. O yolların bərpası işləri "2014-2016-ci illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na salınıb. Proqramın vaxtı bitib, lakin ləğv edilməyib. Ona görə də adlarını çəkdiyim qurumlara vəsait ayrılan kimi, onlar da öz işlərini görəcəklər”.

Sakinlər isə illərlə aldadıqları fikrindədirlər. Ona görə də yaxın günlərdə məsələ ilə bağlı ölkənin birinci vitse-prezidentinə şikayət edəcəklərini bildiriblər: "Mehriban xanım Əliyevadan hər şeydən əvvəl işlərinə məsuliyyətsiz yanaşan və bununla da vətəndaşları dövlətdən narazı salan məmurların cəzalandırılmasını xahiş edəcəyik”.

Xəbər 4072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +