Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


30.10.2023  20:09 

Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun? - MÜZAKİRƏ





A+  A-

Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı, gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi, bu sahədə mövcud problemlər, imkanlar və risklər müzakirə edilib, tövsiyələr təqdim olunub.

Xəzərnews.az xəbər verir ki, 30 oktyabr tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Fondun icra etdiyi “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ədliyyə, Maliyyə, İqtisadiyat Nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox QHT təmsilçisi iştirak edib.



“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev layihə haqqında məlumat verərək vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən vəzifəli şəxslər tərəfindən təqdim olunacaq gəlir bəyannamələrinin forması layihəsi, həmçinin qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin ictimai əsaslarla eksperti Zaur İbrahimli maliyyə xarakterli məlumatların təqdim edilməsi forması layihəsini, təqdim olunma mexanizmi ilə əlaqədar qabacıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.



Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

Ə.Nuriyev müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev dövlət orqanları ilə QHT ekspertlərinin bu mövzuda ekspert müzakirələrinin təşkil edilməsiylə bağlı təkliflərin həyata keçirilməsi üçün səy göstəriləcəyini də açıqlayıb.

Xəbər 468 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +