İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.04.2023  16:54 

Saleh Məmmədov qəbulda pul paylayıb?





A+  A-

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ayrı-ayrı nazirlərin, komitə və agentlik rəhbərlərinin bölgələrdə vətəndaşlarla birbaşa görüşü ənənə halını alıb. Ancaq son zamanlar bəzi rəhbər şəxslər Prezidentin bu tapşırığına formal əməl edir.

Belələrindən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovdur.

Bu gün Göygöl rayonuna vətəndaş qəbulu adı ilə gedən Saleh Məmmədov Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş adı ilə rəhbərlik etdiyi qurumun 10-12 nəfər əməkdaşları ilə görüşüb.

Agentlik rəhbəri ilə görüşə qatılmaq istəyən Kəlbəcər köçkünlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, Saleh Məmmədovun regional idarələrinin rəhbərləri əsl problemi olan vətəndaşların qəbuluna maneçilik törədib.

Onlar arasında 44 Günlük Vətən Müharibəsinin qaziləri də olub. Məmmədovun adamları qaziləri görüşə salmaq əvəzinə onlara pul təklif edib. Bu təklifi qəbul edənlərlə yanaşı rədd edənlər də olub.

Göygöl və ətraf rayonların sakinlərinin qəbulu adı ilə təşkil olunan görüş cəmi 30 dəqiqə çəkib.

Ətrafdakı vətəndaşları isə polis vasitəsi ilə sıxışdıran Məmmədovun adamları səs-küy salanları həbslə hədələyib.

Xəbər 641 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +