İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.10.2022  22:34 

Soçi görüşündən gözləntilər... - İmitasiyalı davam?





A+  A-

Rusiyanın vasitəçiliyi ilə bu ayın 31-də Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Bu görüşdə sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin detalları müzakirə ediləcək. Həmçinin Qarabağdan silahlı erməni birləşmələrinin çıxarılması Azərbaycan tərəfindən masaya yatırılacaq. Rusiya tərəfini maraqlandıran isə, Brüsselin vasitəçiliyinin qarşısını almaqla sülh sazişini öz vasitəçiliyi ilə nail olmaqdır. Amma, bunun üçün praqmatik və beynəlxalq hüquqa söykənən addım atmır.

Ermənistan Baş naziri Nikol Paşinyan bu görüşdə "Qarabağda sabitliyin və təhlükəsizliyi müzakirə edəcəyini qeyd etdi. Göründüyü kimi N. Pşainyan Qarabağla bağlı yekun status məsələsini qaldırmır. Bu,o deməkdir ki, N. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi tanıyır, Azərbaycanın tərkibində Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini müzakirə edəcək. Qeyd edim k, Ermənistan baş nazirinin Azərbaycanın daxili işinə qarışa bilməz və imzalanmış bəyannamənin şərtlərini əməl etməlidir. Ona görə də rəsmi Bakı Qarabağdakı ermənilərin təhlükəsizliyini N. Paşinyanla müzakirə etməməlidir.
Bununla yanaşı N. Pşainyan Qarabağda separatçı rejimə 20 milyard dram kredit ayırıb. Bu vəsait mənzil tikintisi və bank sektoruna, həmçinin silahlı erməni birləşmələrinin saxlanmasına xərclənəcək. Soçi görüşündə Ermənistanın bu məsələlərə son qoyulması tələb edilməlidir.

Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüşdə sülh müqaviləsinin detalları müzakirə ediləcək. Moskvanın planında Qarabağın yekun statusu bəndi salındığı üçün Azərbaycan tərəfindən belə bir sülh planı qəbul edilmir. Amma, İ bu görüşdə sərhədlərin delimitasiya və demarkasiyası və Zəngəzur dəhlizinin açılması məsələsində irəlləyişin olması mümkün ola bilər. Amma, Moskvanın son davranışları göstərir ki, Rusiya irəliyə doğru addım atmaq istəmir.

Qeyd edim ki, Soçi görüşü Ermənistan rəhbərliyi tərəfindən ciddi qəbul edilmir.

Moskva Ermənistan Azərbaycan məsələsində yalnız öz geosiyasi maraqları prizmasından yanaşdığı üçün təşəbbüs Brüsselin əlinə keçib. Təbii ki, Soçi görüşündə Rusiya obyektiv mövqe tutarsa, regional mövqeyini gücləndirə bilər. Amma, anti-Azərbaycan və türkfobiya siyasəti buna imkan vermir. Bundan əlavə, Keml rəhbərliyi reallıq hissini itirib və geosiyasi reallıqları obyektiv qiymətləndirməkdən uzaqdır.

V.Putinin Ukraynada apardığı işğalçı müharibə fonunda Cənubi Qafqazda sülh sazişini həyata keçirməsi mümkün görünmür. Soçi görüşündən sonra silahlı erməni birləşmələri Azərbaycan ərazisindən çıxarılmasa və Zəngəzur dəhlizi ilə bağlı irəlləyiş olmasa, belə bir görüş əvvəlki görüşlərin Moskva tərəfindən imitasiyalı davamı olacaq.

Məhəmməd Əsədullazadə
Politoloq


Xəbər 672 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +