İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.09.2021  18:03 

Erkən uşaqlıq dövrünün inkişafı ilə bağlı Dəyirmi masa keçirilib - Fotolar





A+  A-

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF Azərbaycan, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in tərəfdaşlığı və “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Şirvanda Universal və Mütərəqqi Evə Ziyarət Modelinin tətbiqi” üzrə pilot layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin, UNICEF-in Azərbaycan ofisinin, səhiyyə, təhsil, bələdiyyə və QHT nümayəndələri iştirak ediblər.

UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova Patronaj xidmətlərinin təkmilləşdirilməsi üçün uşaqların inkişafında maraqlı olan bütün fərdlər və icra qurumları arasında əməkdaşlığın gücləndirməsinin vacib olduğunu bildirib.



“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Rauf Rəcəbov “Erkən uşaqlıq dövrünün inkişafı prosesində patronaj Tibb bacılarının yeni rolu və ailələrə səfərlər zamanı ortaya çıxan çətinliklər, onların həlli yolları” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, 2021-ci ilin fevral-mart aylarında 30 tibb işçisi və sosial işçi «Ev ziyarətlərinin təkmilləşdirilməsi üçün Resurs Modullar» üzrə UNİCEF-in təlimçiləri tərəfindən təlimatlandırılıb. Onlardan 20 tibb bacısı, 4 həkim-pediatr və 1 sosial işçi layihəyə cəlb edilib. Patronaj tibb bacıları 2021-ci ilin aprel ayından hamilə qadınların və 0-3 yaşlı uşaların ailələrinə ev ziyarətlərinə başlayiblar. Peyvəndlərin vaxtında aparılması, COVİD-li uşaqlara yardım edilməsi, tənəffüs sistemi, məddə-bağırsaq xəstəlikləri və uşaqların fiziki inkişafları ilə bağlı monitorinqlərin aparılması və s. kimi tibbi xidmətlər göstərilib. Ev ziyarətləri zamanı tibb bacıları tərəfindən üzə çıxarılan sosial, hüquqi, psixoloji problemlərin həlli üşün ailəyə dəstək məqsədi ilə sosial işçi prosesə cəlb edilib. Ailələrin probleminə dəstək üçün əlaqədar dövlət qurumlarının yerli şöbələrinin və Şirvanda fəaliyyət göstərən QHT nümayəndələri cəlb ediliblər.



Rauf Rəcəbov həmçinin qeyd edib ki, bütün valideynlər övladlarına xoşbəxt gələcək arzulayır, lakin çox vaxt bu arzuya çatmaq üçün uşağı necə dəstəkləmək lazım olduğunu bilmirlər. Bütün valideynlər uşağı dəstəkləmək istəyinə və bacarığına malikdir, lakin çox vaxt onların da potensialını üzə çıxarmaq üçün dəstəyə ehtiyacları ola bilir. Valideynlər uşaq inkişafı və rifahının yaxşılaşdırılması prosesində ən vacib partnyordurlar. Patronaj tibb bacısının rolu bu məqamları əsas tutaraq, uşağın ailədə xoşbəxt böyüməsinə mane olan risklərin azaldılmasına kömək etmək və erkən uşaq inkişafı dövründə güclü uşaq-valideyn münasibətlərinin rolunu təşviq etməkdir.








Xəbər 390 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +