Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


15.06.2021  09:16 

“Putin layiqli rəqibdir” - Bayden





A+  A-

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini layiqli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.
Bu barədə XəzərNews.az TASS-a istinadən xəbər verir.

“Mən artıq onunla görüşmüşəm. O, ağıllıdır, sərtdir və mən deyərdim ki, o, layiqli rəqibdir”, - Bayden Brüsseldə NATO sammiti başa çatdıqdan sonra keçirilən mətbuat konfransında deyib.

ABŞ Prezidenti Putini hələ də qatil hesab edib-etməməsi barədə suala belə cavab verib:

“Cavab belədir: mən hesab edirəm ki, o, əslində keçmişdə edə biləcəyi və ya etdiyi müəyyən şeylərin olduğunu etiraf edib.”

“Amma qulaq asın, efirdə bu sual mənə veriləndə vicdanla cavab verdim. Amma bu, elə də... Mən bunun keçirilməsi olacaq növbəti görüş baxımından böyük əhəmiyyət kəsb etdiyini düşünmürəm”, - o əlavə edib.

Etibar haqda

ABŞ Prezidenti Putinə güvənib-güvənməməsi barədə suala cavabında bunları qeyd edib: “Mən əvvəlcə yoxlayıram, sonra etibar edirəm.”

“Məsələ etibarda deyil, razılaşmadadır. Siz düşmənlərinizlə müqavilələr hazırlayanda “Mən sizə etibar edirəm” demirsiniz. Siz deyirsiniz: “Gözləntim budur. Əgər siz bağladığınız müqaviləni pozsanız, razılaşma ləğv edilir, saziş ləğv edilir”, - Bayden qeyd edib.

Danışıqlar mövzusu

Bayden əlavə edib ki, Cenevrədə keçiriləcək görüşdə Putinə ABŞ-Rusiya əməkdaşlığının mümkün sahələrini göstərmək niyyətindədir.

“Mən Prezident Putinə aydın şəkildə bildirmək istəyirəm ki, əməkdaşlıq edə biləcəyimiz sahələr var”, - o, mətbuat konfransında deyib. Baydenin sözlərinə görə, Cenevrədə keçiriləcək sammit son dərəcə əhəmiyyətli görüş olacaq.

Bundan başqa, Bayden Rusiya və ABŞ-ın mövqeyinin üst-üstə düşmədiyi məsələlərlə bağlı iki ölkənin pozisiyasını dəqiq müəyyənləşdirmək niyyətindədir.

Eyni zamanda, o vurğulayıb ki, hazırda Putinlə qarşıdakı görüşündən bundan çoxunu danışmaq istəmir. “Bu görüş başlamazdan əvvəl yox, başa çatdıqdan sonra bu barədə danışmaqdan məmnun olacağam”, - ABŞ Prezidenti əlavə edib.

Qeyd edək ki, liderlərin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək.

Xəbər 1704 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +