İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.12.2020  10:52 

Zəngilanda yenə partlayıcı maddə aşkarlandı





A+  A-

Ötən gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə xüsusi partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.
Bu barədə XəzərNews.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə dərhal həmin əraziyə göndərilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vaxtilə nəzərdə tutulmuş təxribatın qarşısının alınması məqsədilə Agentliyin mütəxəssisləri Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə kənd ərazisində xüsusi antiterror əməliyyatı həyata keçiriblər.

Xüsusi əməliyyat nəticəsində körpünün altına yerləşdirilmiş 1 ədəd partlayıcı qurğu (tərkibi: 80 kq plastik partlayıcı maddə, 2 ədəd elektrik detonatoru və 20 m detonasiya qaytanı) və qayalıq əraziyə yerləşdirilən 1 ədəd digər partlayıcı qurğu (tərkibi: 37 kq plastik partlayıcı maddə, 25 kq amonium-nitrat tərkibli partlayıcı, 2 ədəd elektrik detonatoru və 15 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Ümumiyyətlə, 2020-ci ilin 29-30 dekabr tarixlərində Agentliyə daxil olmuş məlumatlar əsasında Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində həyata keçirilmiş xüsusi antiterror əməliyyatları zamanı düşmən tərəfindən 2 körpünün altına və qayalıq əraziyə yerləşdirilmiş 3 ədəd partlayıcı qurğu (tərkibi: 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı, 8 ədəd elektrik detonatoru və 65 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Düşmən işğalından azad olunmuş rayonlarda Agentliyin xüsusi mobil əməliyyat qrupları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1031 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +