Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


23.11.2020  15:54 

Narkotik satan 2 qadın və 3 kişi tutuldu





A+  A-

Bakıda narkotik alveri ilə məşğul olan iki qadın və üç kişi saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb və onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Yasamal rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram “Alisa”, 16 qram “Tramadol”, 67 qram “Paden 300” markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram “Paden 300” və 23 qram “Tramadol” adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1148 ədəd satışı qadağan edilən psixotop tərkibli dərmanlar aşkarlanıb.

Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarəsnin əməkdaşları tərəfindən 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1999 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +