İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.11.2018  15:43 

“Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu





A+  A-

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək göstəriciyə nail olub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası təsir edib.
XəzərNews.az-a verilən məlumatda bildirilir ki, “Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində internet trafikinin həcmi bu ilin əvvəli ilə müqayisədə 36% artıb.

4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.

“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke 4G istifadəçilərinin sayının yarım milyona çatmasını böyük uğur adlandırıb: “Faəliyyətə başladığımız vaxtdan bu günə qədər “Nar” olaraq, öz abunəçilərimizə yüksək xidmət göstərməyi və müştəri məmnuniyyətini daim diqqətdə saxlayırıq. Peşəkar komandamızın səyi və abunəçilərimizə göstərdiyimiz yüksək xidmət nəticəsində son 10 ayda 4G istifadəçilərinin sayı Bakı üzrə 2, regionlar üzrə isə 3 dəfə artıb. “Nar” olaraq, uğurlarımız bundan sonra da davam edəcək”.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Xəbər 1090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +