İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.10.2017  11:12 

“ASAN xidmət“də nağdsız ödəniş imkanı yarandı





A+  A-

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilib.
Bu barədə XəzərNews.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “ASAN xidmət” mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə cari ilin avqust ayında Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların, həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu İşçi Qrupu yaradılıb.
Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilib. Eyni zamanda, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində quraşdırılmış “ASAN ödəniş” terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.
Bildirilir ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödənişlərin aparılması imkanı təmin ediləcək.


Xəbər 1591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +