Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


25.03.2024  16:54 

Sahibə Qafarova Anna Brnabiçlə görüşüb





A+  A-

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.

Parlamentdən Xəzərnews.az -a bildirilib ki, görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, siyasi və iqtisadi, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər ölkələrimiz və xalqlarımız arasında dostluğun gücləndirilməsinə mühüm töhfələr verir.

O, bu münasibətlərin iki ölkənin parlamentləri arasında da uğurla davam etdirildiyini vurğulayıb.

Özünün Serbiyaya rəsmi səfərini məmnunluqla xatırlayan Sahibə Qafarova səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin qanunverici orqanlar arasında münasibətlərin daha da genişlənməsinə imkan yaratdığını bildirib. Tərəflər dostluq qrupları və parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıblar.

Serbiya Parlamentinin spikeri Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb və Serbiyanın parlament müşahidə missiyası vasitəsilə azad və demokratik şəraitdə keçən seçkiləri izlədiyini diqqətə çatdırıb.

Ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif sahələrdə daha da genişlənməsində maraqlı olduğunu vurğulayan Serbiya Parlamentinin spikeri bildirib ki, qanunverici orqanlar arasında əlaqələr dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır.

Görüşdə tərəflər beynəlxalq münasibətlər sistemində, o cümlədən beynəlxalq təşkilatlarda, xüsusən də AŞPA-da müşahidə olunan ikili standartları tənqid edərək qeyd ediblər ki, bu AŞPA-nın üzərinə götürdüyü vəzifələr və missiyası ilə ziddiyyət təşkil edir.

Görüşdə, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əhəmiyyəti qeyd olunub və Serbiya tərəfi bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycanı təbrik edib.

Söhbət zamanı, həmçinin bildirilib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə etiraz olaraq Serbiya Parlamenti təşkilata müraciət ünvanlayıb və bu qərarın ləğv edilməsinə çağırış edib.

Spiker Sahibə Qafarova bu addıma görə Serbiya tərəfinə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.



Xəbər 506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +