Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib


30.12.2023  10:08 

ABŞ Cənubi Qafqazda Moskvaya qarşı ikinci cəbhə açır...





A+  A-

ABŞ Cənubi Qafqazı Moskvaya qarşı ikinci cəbhənin açılması üçün mümkün tramplin hesab edir.

Xəzərnews.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb.

“Vaşinqton çoxdan gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün tramplin kimi baxırlar”, - diplomat bildirib.

Qaluzin həmçinin əlavə edib ki, ABŞ-ın planları region xalqlarının maraqlarına kökündən ziddir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, İrəvan “Qərbin təklifi və ya təlqini ilə” öz xarici siyasətini kökündən dəyişmək niyyətində olduğunu göstərir. Onun fikrincə, ABŞ və Avropa İttifaqının hərəkətləri Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəlib.

2023-cü ildə Bakı və İrəvan Rusiya, Avropa İttifaqı və Brüsselin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başladılar. Mayın sonunda Ermənistan prezidenti Paşinyan bəyan edib ki, bu ölkə Azərbaycanın sovet dövründən qalma sərhədlər daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır. Payızın əvvəlində Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistanın mövqeyi dəyişməsə, Bakı və İrəvan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər.

Xəbər 798 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +