İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2023  13:52 

Qadınları satan Təranə İsmayılova həbs olundu





A+  A-

İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.

Xəzərnews.az xəbər verir ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub.

Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib./Lent.az

Xəbər 532 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +