İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.11.2023  15:33 

Saxta reseptlər yazan 4 nəfər tutulub





A+  A-

Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanılıb.

Xəzərnews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər tutulub. Saxlanılan 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyevadan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd preqabalin, 600 ədəd tramadol həbləri və külli miqdaqda metamfetamin aşkar edilib.

Qeyd edək ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər 600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +