İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.05.2023  13:09 

Ramin Hacılı Prezidentə açıq məktubla müraciət edib





A+  A-

1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

XəzərNews.az xəbər verir ki, o, müraciətində artıq 2 ilə yaxindır həbsdə saxlanıldığını qeyd edib:

"2018-2019-cu illərdə də 9 ay 10 gün həbsdə oldum. Baxmayaraq ki, ümumilikdə 2 il 6 aydan çox həbsdə saxlanılmışam, mənə təyin olunan cəzaya görə hələ bundan sonra da 6 ildən çox həbsdə qalmalıyam. Hazırda işimə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Mən Fizuli Rayonundan 10 yaşımda məcburi köçkün kimi ailəmlə birlikdə Bakıya gələrək vaqonda məskunlaşmışam. Orta və Ali məktəbi vaqonda yaşadığım müddətdə bitirmişəm.

23 yaşımda atamı itirmişəm. Atamın dəfnində iştirak edən müəllimim mənə demişdi ki, “sən özünü yetim sayma, dövlətini sev, ona xidmət et, dünyanın harasında olsan, sənə sahib çıxacaq dövlətin olsun.” Doğurdan da belə olub. Mən gənc çılğınlığı ilə etdiyim səhvlərin üzərindən keçildiyini görmüşəm. Çünki mən hər kəs kimi, xüsusən də gənc yaşımda səhvlər etmişəm, ancaq heç vaxt xəyanətə yol verməmişəm.

Hər zaman dövlətimizin inkişafına töhfə verməyə çalışmışam. İmkanım olan bütün arenalarda ölkəmizin haqlı mövqeyini dilə gətirmişəm”.

R.Hacılı, ikinci dəfə həbs olunduğu üçün borclarını tam şəkildə ödəyə bilmədiyini qeyd edib və Prezidentdən kömək istəyib:

“Hazırda mənə qarşı irəli sürülən ittihamlar 2016-2017-ci illərə aiddir. 2019-cu ildə Sizin müdaxilənizdən sonra mən azadlığa çıxdım və borclarımın 80 faizdən çoxunu geri qaytardım. Yenidən həbs olunmasaydım, alacaqlarımı alaraq yerdə qalmış 20 faiz borcu da ödəyəcəkdim. Çox təssüf ki, belə oldu.

Sizdən kimsəsiz vətəndaşınız kimi köməklik istəyirəm. Əminəm ki, mənə arxamda güclü dövlətimin olduğunu bir daha hiss etdirəcək, sahib çıxacaqsınız. Bu səbəbdən də özümü yetim hiss etmirəm. Bilirəm ki, dövlətimiz məni darda qoymaz. Bunu əminliklə bildiyim üçün Sizdən mənə kömək etməyinizi xahiş edirəm”.

Xəbər 562 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +