İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.09.2022  10:00 

Şəhid gizir Sabirabadda dəfn olunub





A+  A-

Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan gizir Budaqlı İsmayıl Məhərrəm oğlu doğma yurdu Sabirabadda böyük izdihamla son mənzilə yola salınıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan dövlət sərhədində Ermənistan hərbi birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alarkən şəhid olan İsmayıl Budaqlının dəfn mərasimi olub. Şəhidin nəşi doğulub boya başa çatdığı evə gətirilib.

Mərasimdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri, veteran və qazilər iştirak edib. Şəhid İsmayıl Budaqlı Axtaçı Muğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Budaqlı İsmayıl Məhərrəm oğlu 1998-ci il yanvarın 12-də Sabirabad rayonu Axtaçı Muğan kəndində dünyaya göz açıb. Hələ uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib. Həqiqi hərbi xidmətini bitirdikdən sonra könüllü olaraq ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Xidmət etdiyi müddətdə gizir rütbəsinə qədər yüksəlib.

Xəbər 473 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +