İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.06.2022  17:49 

İş adamının ölüm işi... - Polislərin səs yazısı yayıldı - Audio





A+  A-

Şəmkir rayon sakini, tanınmış iş adamı Arzu Cabbarovun ölümündə iştirak edən polis əməkdaşlarının səs yazısı yayılıb. Xatırladaq ki, bu hadisə bu ilin may ayının 7-də baş verib.

Hadisənin iştirakçısı olan Yeganə Yusifova mediaya açıqlamasında hər şeyin Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən planlaşdırıldığını, A.Cabbarovun isə onlardan biri-Feyruz tərəfindən şüşə parçası ilə damarlarının kəsildiyini iddia edib.İş adamı xəstəxanaya aparılıb və qısa müddət sonra orada dünyasını dəyişib.

Arzu Cabbarova qarşı “əməliyyatda” məqsədinonun Y.Yusifova ilə intim görüntülərini yaymaqla şantaj edərək külli miqdarda pul tələb etmək olduğu bildirilir. Y.Yusifovanın iddialarına görə, polislər iş adamından alacaqları vəsaitdən ona da 7 min manat verməyi vəd ediblər.

Ancaq məlum oldiği kimi, polislərin planı baş tutmayıb, qarşdurma yaranıb və sonda iş adamı həlak olub.

Hadisənin şahidi Y.Yusifova deyib ki, polis A.Cabbarovun guya onunla mübahisə edərkən xəsarət aldığı barədə görüntü yaratmağa çalışıb. Bu məqsədlə də polis əməkdaşları tərəfindən döyüldüyünü, ekspertizanın qeydə alması üçün müxtəlif bədən xəsarətləri yetirildiini bildirir.

DİN-dən isə bu iddiaların əsassız və böhtan xarakterli olduğu bildirilib.

Ancaq bugünlərdə Y.Yusifova bu iddiasını təsdiq edən səs yazılarını yayıb. Orada Y.Yusifova ilə danışan polis əməkdaşı ona müxtəlif vədlər verir, özünü "möhkəm saxlamağı" tapşırır, bir müddət sonra hər şeyin sakitləşəcəyini deyir. Y.Yusifova isə bildirir ki, heç vaxt onları satmaz, daha sonra ondan pul istəyir.

Səs yazısında qadının sonradan polislər tərəfindən qəsdən döyüldüyünütəsdiq edən belə bir dialoq da var:

- Yazdımı onu? (ekspertin xəsarətləri qeydə almasından söhbət gedir-red)

- Ciyərimin üstünü?

- Hə.

- Hə yazdı, dizimi, haranı yumruqlamışdı oranı, cırmaqlanan yerləri... Orada deyildinmi?

- Onu bildim, dedim görüm o birini də yazıbmı?

- Namiq də gəldi, cırmaq izlərini yazdı. Etiş qıçımı, kürəyimi vurub göyərtməmişdimi, sağ tərəfi...İkisini də yazdı. O biri nə yazmışdısa, bu da onu yazdı... ("AzPolitika.info")

Səs yazılarını təqdim edirik:



Xəbər 1006 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +