İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.06.2022  13:46 

20 mindən çox abituriyent qeydiyyatdan keçib





A+  A-

I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin qeydiyyatı davam edir.

XəzərNews.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 13:30-a olan məlumata görə, test (2-ci cəhd) imtahanı vermək üçün 20 min 408 abituriyent qeydiyyatdan keçib. (Azərbaycan bölməsi üzrə 18 min 228, rus bölməsi üzrə 2 min 180 nəfər).

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində martın 4-17-də və ya aprelin 6-25-də I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər iyunun 20-si saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-Şəhid ailəsinin üzvləri;

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-Məcburi köçkün statusu olan şəxslər;

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.

İyunun 12-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanından “qeyri-məqbul” qiymət almış abituriyentlər yay imtahanına buraxılmayacaq.

Yay qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 6-sı, II ixtisas qrupu üzrə iyulun 7-si, I və IV ixtisas qrupları üzrə isə iyulun 20-21-də keçiriləcək.

Xəbər 985 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +