İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.04.2022  21:41 

Zahir Əmənovun həbsi ilə bağlı müraciət olundu





A+  A-

Bir sıra jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri “Cənub.az” regional xəbər saytının redaktoru Zahir Əmənovun saxlanılması ilə əlaqədar Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova müraciət ediblər.

Onlar nazirdən istintaq müddətində jurnalisti həbs etməməyi xahiş edirlər.
“Aprelin 13-də Masallı rayonunda polis “Cənub.az” regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovu saxlayıb. O, günorta redaksiyanın ofisində saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əmənov Masallı rayonu Sığdaş kənd ərazi nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. Guya Əmənov onu gözdən salacaq materialın dərcilə şantaj edib və 1500 manat pul alarkən cinayət başında yaxalanıb. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 maddəsilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb”, - media cameəsi nümayəndələrinin müraciətində deyilir.

Müəlliflər ittihamların səhihliyinə şübhə edirlər. "Biz uzun illərdir ki, Zair Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun kimdənsə pul tələb etdiyinə inanmırıq", - müraciət müəllifləri qeyd edirlər və obyektiv araşdırmanın aparacağına ümid edirlər.

“Əmənovun regional jurnalistikanın inkişafında böyük rolunu, yaşını nəzərə alaraq, istintaq müddətində həbsdə saxlanılmamasını xahiş edirik”, - müraciətin sonunda deyilir.

Sənədi “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Pressklub” TV kanalının direktoru Qulu Məhərrəmli, xural.com saytının baş redaktoru Əvəz Zeynallı imzalayıblar.

Xəbər 1292 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +