İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.04.2022  09:44 

Bakı Nəqliyyat Agentliyində aparılan yoxlama başa çatdı





A+  A-

Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlamaların nəticələri məlum olub.

XəzərNews.az xəbər verir ki, APA-nın BNA-dan əldə etdiyi məlumata görə, Hesablama Palatası Bakı Nəqliyyat Agentliyində quruma dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadənin uyğunluq auditini aparıb.
Audit zamanı məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatın İntellektual idarəetmə Mərkəzi MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi çərçivəsində müəyyən işlər görülüb.

Ancaq yoxlama nəticəsində tapşırığın tam şəkildə icra olunmadığı, dövlət büdcəsinin investisiya xərcləri hesabına Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması (2018-ci il 16 noyabr tarixli və 2020-ci il 03 aprel tarixli müqavilələrlə) əməliyyatları başa çatmadığı üzə çıxıb. Eyni zamanda həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq "BakuBus" MMC-nin istifadəsinə verilməsi şəraitində Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli, 183 nömrəli qərarının tələbləri çərçivəsində həmin investisiya qoyuluşunun aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2022-ci il 7 fevral tarixli fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni zamanda Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakı və maddi-texniki baza Daxili İşlər Nazirliyinin balansına verilib.

Xəbər 1322 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +