İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.01.2022  14:02 

Narkotika bəlası: Daha 11 nəfər saxlanıldı





A+  A-

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb, külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Əhmədli və Köhnə Günəşli qəsəbələrində, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirdikləri tədbirlər zamanı Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar.

Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların hər biri barəsində Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar başlanıb. Həmin şəxslərin barələrində həbs qətimkan tədbirləri seçilib.




Xəbər 1181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +