Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


07.01.2022  15:18 

KTMT-nin qeyri-qanuni addımı: “4”lə “51” arasındakı uğursuz paralel: Azərbaycan preventiv tədbirlər görür – ŞƏRH





A+  A-

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki iğtişaşların yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsi hadisələrdə Rusiyanın əlini gücləndirən amilə çevrilir.

Hələlik Qazaxıstan ətrafında cari situasiyanın hansı nəticələr doğuracağı qeyri-müəyyən qalsa da, deyə bilərik ki, KTMT-nin söz sahibi Rusiya ilkin mərhələdə öz istəyinə nail olub.

Rusiya KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ilə əks cəbhədə durduğu NATO-ya əzələ nümayişini döyüş meydanına daşıdı.

Rusiya bununla da KTMT-nin NATO qüvvələrinə alternativ görünməsi qənaətlərini formalaşdırmaq cəhdlərini ortaya qoydu.

Düzdür, Qazaxıstan KTMT-nin üzvüdür, bu hərbi təşkilatın nizamnaməsi onu tələb edir ki, üzv ölkələrə təcavüz olacağı təqdirdə qurum proseslərə müdaxilə etsin.

Ancaq əsas sual budur: KTMT-nin Qazaxıstana kontingent yollaması Rusiya “NATO”sunun nizamnaməsi ilə uyğunluq təşkil edirmi?

Məsələ burasındadır ki, cənab Tokayevin ölkəsindəki hadisələri xarici təzyiqlərlə əlaqələndirməsi, Rusiyanın əlinə güclü kozır verdi.

KTMT nizamnaməsinin 4-cü maddəsi BMT nizamnaməsinin 51-ci maddəsinin bazasına əsaslanır, üzv dövlətlərdən birinə təcavüz olarsa, onlar kollektiv müdafiə hüququna malikdirlər.

Qazaxıstandakı hadisələrə münasibətdə isə 4-cü bənd keçərli sayıla bilməz, çünki proseslərin haradan idarə edilib-edilməməsindən asılı olmayaraq, onun motivi və xarakteri daxili məsələyə gəlib çıxır.

KTMT-nin isə üzv ölkələrin daxili məsələlərə qarışmaq hüququ yoxdur, Tokayev müraciət etsə belə, KTMT onun bu müraciətinin əsası olmadığını dilə gətirməli idi.
Bu prosedur qaydalarının kobud şəkildə pozulması onu göstərir ki, Rusiya hər necə olursa-olsun Qazaxıstana müdaxiləni əvvəlcədən planlaşdırıb.

Hələ 2021-ci ilin dekabrında Rusiya özünün nəzarət kurasiyasına daxil etmək istədiyi dövlətlərə xəbərdarlıq mesajı göndərmişdi ki, onlar NATO proqramlarında iştirakla NATO-ya inteqrasiyanın sərhədlərini bilməlidirlər.

Qazaxıstanda cərəyan edən hadisələrə müdaxilə imkanlarını dəyərləndirərkən 4-cü maddə ilə BMT nizamnaməsinin 51-ci maddəsi arasında paralellər aparmaq sadəcə öz əsl niyyətlərini pərdələmək cəhdindən başqa bir şey deyil.

Təbii ki, KTMT Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyanın Tokayevin müraciəti barədə müstəqil qərarvermə iradəsinin mövcudluğundan söhbət belə gedə bilməz.

Rusiyanın diktəsi, Belarusun ona xeyir-duası prosesləri hərbi müstəviyə keçidi rəsmiləşdi.

Hadisələrin gedişatı Azərbaycan üçün də həssas zəmin formalaşdırır. Rusiyanın öz nüfuz dairəsində hansısa formada yeni model qoymaq istədiyi ortadadır, hələlik Azərbaycan üçün ciddi təhlükələr olmasa da, yəqin ki, dövlət strateqlərimiz preventiv tədbirləri önə çəkiblər.

Təbii ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin zəmanətçisi həm də Türkiyədir (2010-cu il müqaviləsi, Şuşa Bəyannaməsi).

İstər-istəməz nəzəri də olsa, neqativ ssenari göz önünə gəlir, amma bilirik ki, hər hansı təhlükəsi olacağı təqdirdə Ankara dövriyyəyə girəcək.

Aqşin Kərimov
XəzərNews.az


Xəbər 1106 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +