İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.11.2021  20:00 

Türkiyədən Azər Həsrətə daha bir etimad





A+  A-

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, bayraqdar.info-nun qurucu-baş redaktoru Azər Həsrətə Türkiyədən növbəti dəfə etimad göstərilib. O, noyabrın 6-dan başlayaraq Gerçek Tarih adlı qurumun Azərbaycan təmsilçisi təyin edilib.

XezerNews.az xəbər verir ki, bununla bağlı qurumun yayımladığı xəbərdə deyilir:

“Azərbaycanın bilinən şəxsiyyətlərindən qəzetəçi-yazar və onlayn həyatını davam etdirən bayraqdar.info-nun da baş redaktoru Azər Həsrətə yeni görəvində GercekTarih.com.tr yönətimi olaraq başarılar diləyir və təbrik edirik”.

Xəbərdə daha sonra deyilir ki, “Yönətim və yayım qurulunun aldığı ortaq qərarla Azərbaycanda Gerçek Tarihi təmsil etmə görəvinə gətirilən qəzetəçi-yazar Azər Həsrət ölkəsində ayrıca bu görəvləri də icra etməkdədir: Beynəlxalq Mətbuat İnstitutunun üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan İctimai TV və Radio Yayım Şurasının üzvü”.

Əlavə edək ki, Gerçek Tarih gəlir məqsədi güdməyən, peşəkarları öz ətrafında birləşdirən bir qurumdur. Qurumun əsas məqsədi toplumda tarix şüurunun möhkəmlənməsinə töhfə verməkdir.

Yeni təyinatına münasibət bildirən Azər Həsrət bildirib ki, hər zaman məqsədi türklük şüurunun ayaqda qalmasına xidmət etmək olduğu üçün bu təklifi həvəslə qəbul edib. O, bu işdə Azərbaycanı ən uğurlu şəkildə təmsil etməyə çalışacağını, Türkiyə və Azərbaycan, eləcə də digər türk dövlət və topluluqları arasında daha bir körpü rolunu oynamağa davam edəcəyini deyib.



Xəbər 1208 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +