İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.10.2020  10:18 

“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır”





A+  A-

“Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadılıb. Bu arada, bir sıra Avropa ölkələri yenidən sərt karantinin tətbiqinə başlayırlar. Belə görünür ki, yoluxma sayının artması dünyanın yenidən sərt karantinə qayıtmağa məcbur edir. Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?”
XəzərNews.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov öz feysbuk hesabında yazıb. O bildirib ki, ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alsaq sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab edilmir:

“Digər tərəfdən, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır. Bu baxımdan, özəl sektor mövcud qaydalar ilə fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yolxuma sayı kəskin artarsa o zaman karantin rejimin sərtləşdirilməsi istisna edilmir. Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır. Yoluxma sayının minimumlaşdırılması üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz çox və əvvəllər olduğundan daha çox vacibdir”.

Millət vəkili bildirib ki, dünən ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu, o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb:

“Hər savaşda şəhid və yaralılar olur. Əvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejimin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımdan vacibdir. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

Xəbər 1738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +