İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.10.2020  20:18 

Dörd gündə həlak olan şagirdlər və dağıntılar barədə AÇIQLAMA





A+  A-

Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub.

Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Tərtər:

Tərtər şəhər 5 saylı tam orta məktəb

Tərtər şəhər İ.Məmmədov adına 2 saylı məktəb-lisey

Şıxarx kənd 1 saylı tam orta məktəb

Qapanlı kənd tam orta məktəb

Qarağacı kənd tam orta məktəb

Qazyan kənd ümumi orta məktəb

Ağdam:

Təzəkənd kənd tam orta məktəb

Ayaqqərvənd kənd tam orta məktəb

Füzuli:

Arayatılı kənd tam orta məktəb

Goranboy:

Safıkürd kənd tam orta məktəb

Kəlbəcər:

Kəlbəcər rayonu 83 saylı tam orta məktəb.

Xəbər 1296 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +