İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.09.2020  17:16 

Dərslər rayonlarda ənənəvi formaya qayıtdı





A+  A-

“Oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt və Abşeronda 5-9-cu sinif şagirdləri məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir qeyd edib ki, növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda həftədə 3 dəfə əyani təhsilə cəlb ediləcəklər: “Bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artacaq. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar”.

E. Əmrullayevin sözlərinə görə, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər:

“Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Bu meyara cavab vermək mümkün olmadığı halda, həmin məktəblərdə də əyani formada dərslər həftədə 3 dəfə keçiriləcək. Qeyd edək ki, hazırda ölkədə şagird sayı 200-dən az olan məktəblərin sayı 2307-dir. 15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gələ biləcəklər”.

Nazir qeyd edib ki, 9-11-ci siniflər isə oktyabrın 15-dək distant təhsilə davam edəcək: “Oktyabrın 15-dən sonra isə həftədə 2 və ya 3 dəfə tədrisə cəlb olunacaqlar”.

Xəbər 1425 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +