İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.09.2020  17:05 

Şagirdlərin maska taxması məcburi olmayacaq





A+  A-

“Təhsilalanların maska taxması onların valideynlərinin istəyindən asılı olacaq. Amma müəllimlər dərs vaxtı maskadan əlavə üz sipərləri ilə də təmin ediləcək”.
XəzərNews.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, peşə və ali təhsil ocaqlarında isə maska taxmaq məcburidir.

R. Ağayev həmçinin bildirib ki, məktəblərdə şagirdlərə və müəllimlərə COVID-19-la bağlı xüsusi yardım göstərilməyəcək, məktəblərdə xüsusi kiçik izolyasiya otağı olacaq: “Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək”, R. Ağayev əlavə edib.



Xəbər 1522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +