İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.08.2020  12:26 

Şəxsiyyət vəsiqənizin FİN nömrəsini istəsələr, diqqətli olun





A+  A-

Bu günlərdə “Telegram” sosial şəbəkəsində DOST Agentliyinin “Könüllü DOST” proqramı adından hesab yaradıldığı aşkar edilib.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, Bot ilə idarə olunan qeyd edilən hesab aldadıcı kontentə malikdir. Belə ki, burada “Könüllü DOST” proqramına qoşulmaq arzusunda olan vətəndaşların məlumatları toplanılır, onlara könüllülük proqramına qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaqla bağlı sorğu ünvanlanır. FİN nömrə daxil edildikdən sonra 4 seçim təqdim olunsa da, bu seçimlərdən heç biri aktiv deyil. Çünki məqsəd yalnız vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN nömrəsini ələ keçirməkdir. Bununla isə həmin Bot vətəndaşların fərdi məlumatlarına çıxış imkanına malik olur.

Bəyan edirik ki, bu hesabın DOST Agentliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, onun kimlər tərəfindən yaradıldığı və idarə edildiyi bizə məlum deyil, habelə vətəndaşlar DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramına “Telegram” vasitəsi ilə cəlb edilmir.

Xəbər 1321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +