İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.06.2020  18:06 

İki nazirlik birgə müraciət yaydı





A+  A-

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir, meşə zolaqları yanaraq külə dönür. Azərbaycan da digər ölkələr kimi meşə yanğınlarından sığortalanmayıb:

“İndiyədək meşə sahələrində baş vermiş yanğın hadisələrinin araşdırılması göstərir ki, yanğınların 98 faizi insan amilinin təsirindən, yəni yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, taxıl biçinindən sonra sahələrə od vuran fermerlərin, təbiət ərazilərinə yaxın kəndlərin sakinlərinin odla ehtiyatsızlığından və digər səbəblərdən baş verir. İsti, quraq yay günlərinin və taxıl biçini mövsümünün başlaması yanğınların başvermə ehtimalını artırır və qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranır”.

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri yanğın hadisələrinin baş verməməsi üçün fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə bütün əhaliyə müraciət ünvanlayıb: “Fermerlərə, bələdiyyələrə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, vətəndaşlara müraciət edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, biçindən sonra sahələrə od vurmasınlar, kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz meşə yanğınlarına səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.

Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri belə halların baş verməməsi üçün fermer təsərrüfatları, bələdiyyələr və kənd əhalisi ilə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün maarifləndirmə işlərinə başlayıb.

Yanğın hallarının qarşısının alınması, günahkar şəxslərin müəyyən edilməsi və onların həm qanun qarşısında cavab verməsi, həm də ictimai tənbeh olunması üçün müvafiq qurumlarla birgə tədbirlər görüləcək”.

Xəbər 1111 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +