İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.12.2019  09:16 

B qrupu vitaminləri ilə zəngin olan məhsullar





A+  A-

B qrupu vitaminləri ilə zəngin olan məhsullardan istifadə ümumi sağlamlığınız üçün vacibdir, amma onların əsas “super gücü” – stresin təsirini azaltmaq və əhvala müsbət təsir etməkdir.
XəzərNews.az “MedikForum”a istinadən B qrupu vitaminləri ilə zəngin məhsulları təqdim edir:

Avokado

Avokadonun yarısı sizin B5, B6 vitaminləri, folat, niatsin və riboflavinə olan sutkalıq tələbatınızın 10%-dən çoxunu təmin edə bilər.

Banan

Banan kaliumla zəngindir. Bu meyvənin tərkibində həm də fol turşusu, niatsin və B6 vitamininə olan sutkalıq tələbatınızın 20%-i var.

Paxlalı bitkilər

Noxud və lobya kimi paxlalı bitkilər sellüloz, zülal və B qrupu vitaminləri ilə zəngindir. 1 fincan noxudda B6 vitaminin gündəlik normasının 55%-i var.

Balıq və dəniz məhsulları

Balıq və ya dəniz məhsuları porsiyası B12 vitamininə olan gündəlik tələbatı təmin edir.

Kələm və göy-göyərti

Qulançar, brokkoli və yarpaqlı göyərti (məsələn, ispanaq) orqanizmə yeni hüceyrələr yaratmaqda kömək edən B9 vitami ilə zəngindir.

Göbələk

Portobello, istiridyə və ağ göbələklər B6 vitamini, niatsin, riboflavin və tiaminlə zəngindirlər. Şiitake göbələyinin tərkibində B5 vitamini var.

Kartof

Kartof B6 vitamini, folat, niatsin və tiaminlə zəngindir.

Xəbər 1037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +