İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.11.2019  13:11 

Nazirlikdən şirkətin iddialarına cavab





A+  A-

Vergilər Nazirliyi mətbuatda "AMV Consulting” şirkətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.
Nazirlikdən XəzərNews.az-a daxil olan məlumatda qeyd olunur ki, "AMV Consulting” şirkəti xidmət göstərdiyi vergi ödəyicilərinin bank hesabına əsassız olaraq sərəncam qoyulduğunu və hesablardan pul silindiyini iddia edib.

“AMV Consulting” şirkətinin müraciəti Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətlə araşdırılıb. Belə ki, "AMV Consulting” şirkətinin nümayəndələri Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə dəvət olunub və vergi bəyannamələrində aşkarlanmış uyğunsuzluqlar barədə onlara ətraflı izahat verilib. Şirkətin nümayəndələrinə dəqiqləşdirilmiş hesabatın verilməsinin zəruriliyi, həmçinin vergi qanunvericiliyi pozulduğu təqdirdə yaranan məsuliyyət halları barədə xəbərdarlıq edilib. Şirkətin nümayəndələri vergi bəyannamələrində uyğunsuzluqlar olduğunu etiraf ediblər və ən qısa zamanda dəqiqləşdirilmiş hesabatın təqdim ediləcəyini bildiriblər.

Vergilər Nazirliyi bildirir ki, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan aydın və şəffaf münasibətlərin qurulması vergi xidmətinin fəaliyyətində əsas prioritet olaraq müəyyən edilib. Başlıca yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini şəffaf prinsiplər üzərində qurmalıdır. Bu səbəbdən Nazirlik tərəfindən vergi ödəyicilərinin hüquq və qanunla müdafiə olunan mənafelərinin qorunmasına, eləcə də onların müraciətlərinə və şikayətlərinə ədalətli baxılmasına diqqətlə yanaşılır. Biz vergi ödəyicilərini dinləməyə, problemlərini həll etməyə, aşkar olunan hər-hansı çatışmazlıqları aradan qaldırmağa hazırıq.

Lakin vergi ödəyiciləri də qanunlar çərçivəsində işləməli olduqlarını bilməlidirlər. Bunun ən doğru yolu vergi orqanı ilə qarşılıqlı inam və etimada əsaslanan şəffaf əməkdaşlıq mühitinin təmin edilməsidir.

Xəbər 1157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +