İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.11.2019  15:48 

Gediş haqqı artacaq?





A+  A-

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin günün pik saatlarında avtobuslarda qiymətlərin fərqli olacağı ilə bağlı verdiyi açıqlama sosial şəbəkələrdə ciddi müzakirə olunub.
XəzərNews.az xəbər verir ki, istifadəçilər bunu avtobuslarda qiymətin qalxmasının anonsu kimi qiymətləndiriblər. Bildiriblər ki, günün pik saatlarında avtobuslarda vətəndaşlar onsuz da gediş zamanı çətinlik çəkir.

BNA-nın sözçüsü sözügedən müzakirələrdən sonra yenidən mövzuya aydınlıq gətirib. O bildirib ki, ötən gün “Xəzər TV”də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini vurğulayıb: “Yəni, ortada hələ konkret nəsə yoxdur, sadəcə bu məsələ fikir olaraq söylənilib. Bu gün bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya, marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir.

Efirdə səslənən fikirlərin izahına gəlincə bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır.

Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm ki, qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

Xəbər 1149 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +