İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.10.2019  16:51 

Mədəniyyət Nazirliyi Afaq Bəşirqızı ilə razılaşmadı





A+  A-

İTV-nin efirində yayımlanan 3D proqramının budəfəki qonağı Xalq artisti Afaq Bəşirqızı olub.
XəzərNews.az xəbər verir ki, Afaq Bəşirqızı aparıcı Dadaş Dadaşlinskiylə müsahibəsində bəzi məmurların Prezidentin sərəncamlarından sui-istifadə etdiyini vurğulayıb.

O, bildirib ki, Prezident sərəncamı ilə film çəkilişlərinə 5 milyon manat vəsait ayrılıb, lakin müsabiqə zamanı təqdim etdiyi 2 filminin heç biri qəbul edilməyib.

Bundan əlavə, Afaq Bəşirqızı Prezident sərəncamı ilə aktyorların əməkhaqqının artırıldığını, lakin bəzi məmurların artırılan vəsaiti mənimsədiyini bildirib:

“Cənab Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var, çox təəssüflər olsun ki, mart ayından bu yana verilən sərəncamlardan da yenə sui-istifadələr oldu. Yəni o faiz söhbətlərində yenə də həddən artıq qeyri-qanuni işlər görüldü. Mənə elə gəlir ki, hələ biz məmurlara bunları tərgidə bilməyəcəyik. Çox təəssüflər olsun”.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovla əlaqə saxlayıb. Onun deyilənlərə reaksiyası belə olub:

“Afaq xanımın filmlə bağlı fikirləri barədə bildirmək istəyirəm ki, ssenari üçün müsabiqə elan edilib və nəticələr də açıqlanıb. Kimsə razı ola bilər, kimsə narazı. Çəkilən filmlərin də hər biri ictimaiyyətə təqdim olunacaq. Afaq xanım görkəmli sənətkardır, öz fikirlərini bildirib. Mən ona qarşı heç bir söz deyə bilmərəm”.

Xəbər 1246 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +