İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.02.2019  16:12 

Bakıda ağacı kəsib obyekt tikmək istədilər





A+  A-

Bakıda qurumuş ağac kəsilib.
Bakı Şəhər İcra Hakimiyyətindən XəzərNews.az-a verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “V” yaşayış massivində ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar “Qaynar xətt”ə vətəndaşlardan müraciətlər daxil olub.

Şəhər İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirib, həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.

Faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.

Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.

Xəbər 1072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +