İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.02.2019  12:54 

Birdəfəlik ödəmə alacaq şəhid vərəsələrinin sayı 12268-ə çatdı





A+  A-

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə dair Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə (11 min manat) verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də daxil edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna caab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Şöbə müdiri qeyd edib ki, bununla da, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb:

“Həmin şəhidlərdən indiyədək artıq 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunmuş digər şəhid vərəsələrinə də ödəmələrin yaxın günlərdə həyata keçirilməsi təmin olunacaq”.

F.Talıbovun sözlərinə görə, ümumilikdə 2268 şəhid üzrə vərəsələrin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində başa çatdırılacaq:

“Şəhid vərəsələrinə birdəfəlik ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait nəzərdə tutulur”.

Xəbər 1009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +