İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.12.2018  17:53 

Müşahidə Şurasının üzvləri açıqlandı - Nazir də var





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclası keçirilib.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, prezidenti İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə Agentliyin təsdiq olunmuş Nizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, üzvləri Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, ARP yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.

Xəbər 841 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +