İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.12.2018  16:52 

“Nar” gənclərə karyera qurmaqda dəstək olur





A+  A-

“Nar” Gənclər Fondunun təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr edilən “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı”nda iştirak edib. “Nar” gənclərə dəstək məqsədilə festival çərçivəsində təşkil edilən karyera sərgisində media əlaqələri, məhsulların inkişafı, kiçik və orta müəssisələr üzrə satış mütəxəssisi və digər vakant yerlərə sənəd qəbulu təşkil edib.
XəzərNews.az-a verilən məlumata görə, dekabrın 7-si keçirilən sərgidə Azerfon MMC (“Nar” ticarət nişanı) ilə yanaşı 60-dan çox şirkət iştirak edib. Sərgi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Layihə Heydər Əliyev Fondu, Gənclər Fondu, ASAN Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Gənclər Fondu tərəfindən icra olunub. Əsas məqsəd gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə, onların iş imkanlarını genişləndirməkdir.

Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1138 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +