İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.07.2018  13:05 

Su bu ərazilərə hələ də verilməyib - Siyahı





A+  A-

"Azərsu" Bakıda su verilməyən ərazilərin adlarını açıqlayıb.
XəzərNews.az bildirir ki, bu barədə ”Qafqazinfo”ya “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O qeyd edib ki, hazırda Xocahəsən və Sulutəpənin bir hissəsi, Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin bir hissəsi, Zabratda Ruhulla Axundov, Tramvay küçələri, Sabunçu qəsəbəsi, Balaxanı, Şüvəlan və Mərdəkanın bir hissəsində hələ də şəbəkədə təzyiqdə problem var:

“Dünən axşam anbara 80 faiz ehtiyat su toplamışdıq. Onun hamısını şəbəkəyə verdik və bir çox problemli əraziləri su ilə təmin etdik. İndi anbarlar dolduqca yenə də əhalini su ilə təmin edəcəyik. Sadəcə yay aylarıdır deyə abonentlərin su sərfiyyatl artıb. Su təchizatında sabitlik təmin olunub, şəhərin mərkəzi əraziləri 24 saat su ilə təmin edilir, hələ də yaşanan lokal problemləri yaxın günlərdə həll edəcəyik. Əsas hədəfimiz şəbəkədə stabil təzyiqi saxlamaq və maksimum həcmdə anbar ehtiyatları toplamaqdır. Hazırda əməkdaşlarımız da su almayan ərazilərdədir, hər bir siyirtmə tənzimlənir ki, su olmayan və ya zəif olan ərazilərə su çatdırılsın”.

Xəbər 918 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +