İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.04.2018  11:07 

Horadizdə zəfər yürüşü keçirildi - Fotolar





A+  A-

Füzuli Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.
XəzərNews.az xəbər verir ki, əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri aprel döyüşləri zamanı Azərbaycan ordusu tərəfindən azad edilən Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə rayon sakini, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib. Alı Alıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. “Azərbaycan Ordusu düşmən üzərində növbəti böyük qələbəni Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2016-cı il 02-05 aprel tarixlərində qazandı. Bu döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənə bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi. Alı Alıyev qeryd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun yazdığı şanlı tarixdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova və digər çıxış edənlər düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.
Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslərlə davam etdirilib.









Xəbər 1024 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +