Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


05.12.2017  14:16 

Əli Həsənovun nəvəsi DANIŞDI: “Ədalətli qərar istəyirəm...”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı keçirilib.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.

Onların hazırda Türkiyədə müalicə aldıqları qeyd olunub.

Məhkəmə iclasında hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyeva iştirak ediblər. Şahid qismində isə Nailin atası Elman Allahverdiyev və dostu Mirməhəmməd İsmayılov ifadə veriblər.

Prosesdə Nail Allahverdiyevin vəkili hakimdən müdafiə etdiyi şəxsə qarşı irəli sürülən 264-cü maddənin əsassız sayılmasını istəyib və təqsirləndirilən şəxs barəsində aparılan istintaqın qərəzli olduğunu bildirib.

Daha sonra işə ekspert rəyi verən Sabir Şabanov danışıb. Onun ardınca çıxış edən Nail Allahverdiyev sosial mediada özü barəsində yazılan yazıları həqiqətə uyğun hesab etməyib.

“Mən həmçinin, məhkəmə psixoloji ekspertizasının rəyi ilə də razı deyiləm. Onu da qeyd edim ki, hadisə yerindən qaçmamışam. Sosial şəbəkələrdə mənim haqqımda həqiqətə uyğun olmayan yazılar yazılıb. Mən də hər kəs kimi sıravi Azərbaycan vətəndaşıyam. Məhkəmədən ədalətli qərarın verilməsini istəyirəm. Ümid edirəm ki, ədalətli qərar veriləcək".

Xatırladaq ki, prosesdə zərərçəkmiş tərəf kimi iştirak edən Ramiz Əsədov qəza zamanı yolu keçən piyada Vaqif Əsədovun oğludur. Ülviyyə Əliyeva isə Nail Allahverdiyevin sürücüsü olmuş və qəza zamanı dünyasını dəyişmiş Mehdi Əliyevin xanımıdır.

Xəbər 1344 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +