İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.11.2017  18:54 

“Kişi ilə qadın eyni tualet növbəsində dayanır”





A+  A-

“Azərbaycanda müharibə şəraiti davam edir. Sabah müharibə başlayarsa, hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazır olacaq. Lakin həmin hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”.
XəzərNews.az-ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.

Deputat bildirib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqladı.

“Lakin biz bilməliyik ki, neçə əlil və şəhid ailəsi ev növbəsindədir. Onların neçəsi evlə təmin olunacaq. Əgər bu barədə açıqlama verilsə, o zaman aydın mənzərə yaranacaq”.

O qeyd edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır.

“O qəzalı binalarda yaşayan insanların həyatları riskdədir. Allah insana nə qədər ömür verib ki?! Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, hətta orada kişi ilə qadın eyni tualet növbəsində dayanır”.

Qüdrət Həsənquliyev həmçinin Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib.

“Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik.

Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq Avropada yaxın gələcəkdə benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.

Deputat dövlət televiziyasına və İctimai Televizayaya verilən reklamların özəl televizayalara verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını da təklif edib.

Xəbər 1255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +