İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.06.2017  16:32 

İcbari sığorta müqavilələrinin bağlanmasına nəzarət gücləndirilir





A+  A-

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Daxili İşlər Nazirliyi (DİN) və İcbari Sığorta Bürosu(İSB) arasında fiziki və hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsinə dair razılaşma imzalanıb.
XəzərNews.az xəbər verir ki, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi haqqında Prezidentin 15 sentyabr 2011-ci il tarixli Fərmanının icra edilməsi məqsədi ilə imzalanan Razılaşma DİN və İSB-nin informasiya sistemləri arasında istifadədə olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yoxlanılması üzrə məlumat mübadiləsinin reqlamentini müəyyən edir.
Sənədə əsasən məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada DİN-in mərkəzi informasiya sistemi ilə İSB-nin “İcbari Sığorta Məlumat Sistemi” (İSMS) arasında elektron formatda aparılacaq. İcbari sığorta müqaviləsi mövcud olmayan avtonəqliyyat vasitələri radarlar vasitəsilə aşkar ediləcək və avtonəqliyyat vasitəsi sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnəcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi olmadan avtonəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş zərərə görə sığorta məbləği 5000 manat, bir şəxsin həyat və sağlamlığa dəymiş zərər üzrə isə 5000 manat təşkil edir. Razılaşmanın nəticəsi olaraq ölkədə icbari sığortası olan avtonəqliyyat vasitələrinin sayının artırılmasına nail olunacaq.
Qeyd edək ki, cari dövrdə bu icbari sığorta növünün penitrasiyası 75%-ə çatır və inteqrasiya tamamlandıqdan sonra artması gözlənilir.


Xəbər 1018 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +