Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


18.05.2017  17:03 

Rusiya Azərbaycandan nə istəyir? - Politoloqun ŞƏRHİ





A+  A-

Son günlər Rusiya və Azərbaycan arasındakı münasibətlərin əvvəlkindən fərqli olduğunu müşahidə edirik. Belə ki, əlaqələrə mənfi təsir göstərən, bu və ya digər məsələlərdə ölkələr arasında fikir ayrılığını üzə çıxaran bir sıra problemlər ortaya çıxıb. Gündəmdə dayanan başlıca məsələ isə Ümumrusiya Azərbaycan Konqresinə (ÜAK) dair xəbərlərdir.
Rusiya-Azərbaycan münasibətləri nə qədər yaxşı olsa da, yaşanan hər hansı “gərginlik”, ikitərəfli münasibətləri kifayət qədər “zədələmək” gücündədir.
Bəs görəsən Rusiyanın ölkəmizə qarşı təzyiqlərinin səbəbi nədir? Ümumiyyətlə bu dövlət Azərbaycandan nə istəyir?

Politoloq Qabil Hüseynli bildirib ki, rusların azərbaycanlılara təzyiqinin əsasında Dağlıq Qarabağ problemi durur. Onun sözlərinə görə, bu dövlətin yeganə amalı I Pyotrın vəsiyyətini reallaşdırmaqdır:
“Açığı, Rusiyanın Azərbaycandan birinci istəyi Dağlıq Qarabağla bağlıdır. Onlar bu ərazinin sözsüz-söhbətsiz Ermənistana verilməsini tələb edir və bunu problemin həlli kimi görür. Rusiyanın bəzi siyasətçilərinin sözlərinə görə, guya Dağlıq Qarabağ vaxtilə Ermənistana məxsus olub. Tarixi dərindən mənimsəməyən, ermənilərin bu yerlərə gəlmə olduğunu bilməyənlər hesab edir ki, torpaqlar Ermənistanındır və ona qaytarılmalıdır. Lakin Ermənistan tarixçiləri də bildirir ki, Qarabağ mahalı vaxtilə albanların yaşadığı ərazi olub. Alban kilsəsi də bu ərazidə yerləşib. Sadəcə olaraq ruslar Şimali və Cənubi Qafqazı istila edəndən sonra bu kilsəni erməni kilsəsinin tabeçiliyinə verib. Onlar da öz növbəsində kilsələrin bəlkə də böyük qismini dəyişdirərək, uğursuz formada erməniləşdirməyə çalışıblar.
Ruslar I Pyotrın vəsiyyətinə uyğun olaraq Cənubi Qafqazda xristian qrupu yaratmaq və ermənilərdən istifadə etmək istəyirlər. Halbuki, indiki Ermənistan ərazisi bütünlüklə azərbaycanlılara məxsus olub. Dağlıq Qarabağ deyilən ərazi yox idi. Sadəcə, ermənilərin təkidi və o vaxtkı ermənispərəst bolşeviklərin səyi ilə Qarabağı aran və dağlıq olaraq iki hissəyə ayırdılar. Daha sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsinə nail ola bildilər”.

“Rusiya üzüyola Azərbaycan istəyir”

“Hazırda ermənilər Qarabağ ərazisində balaca da olsa, ikinci Ermənistan dövlətini qurmağa çalışırlar. Azərbaycan dövlətinin mövcudluğu üçün ciddi təhlükə yaradırlar. Rusiya da bu məsələdə əsas katalizator rolu oynayır və münasibətlərin pisləşməsinə səbəb olur. Rusiya üzüyola Azərbaycan istəyir, amma dövlət rəhbərliyi Rusiyanın təlqinlərinə məhəl qoymur.
Bu dövlət əvvəllər də bizim strateji tərəfdar olduğumuzu, münasibətlərin inkişaf etdiyini deyərək, bizi yuxuya verirdi. O biri tərəfədən də Ermənistanı müasir silahlarla təmin etdilər. Son bir ildə Rusiya Ermənistana 3 milyard dollar məbləğində pulsuz silah göndərib. Üstəlik Ermənistandakı hərbi bazaları onun tabeçiliyinə verib.
Bu ölkə Gürcüstanda, Ukraynada işğalçılıq siyasəti apardı. Beynəlxalq təşkilatlar bunu tənqid edib ona qarşı sanksiyalar tətbiq etsələr də, hələ ki proses Rusiyanı sakitləşdirəcək, onu yerində oturda biləcək səviyyədə deyil. Ona görə də Rusiya bölgədə destruktiv fəaliyyətini davam etdirir və bu da dövlətlərarası münasibətlərin pisləşməsinə, xüsusilə Azərbaycana qarşı təzyiqlərin artmasına gətirib çıxarır”.

(modern.az)

Xəbər 984 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +